Robert Bosch GmbH, avtomobil hissələrinə olan tələbin azalması ilə əlaqədar olaraq, təxminən 10,000 işçisinin iş saatlarını və maaşlarını azaldacaq.
FED.az xəbər verir ki, bu tədbirlər şirkətin daha geniş strategiyasının bir hissəsidir və 2024-cü ilin mart ayından etibarən həyata keçiriləcək.
Şirkətin mətbuat katibinin verdiyi açıqlamaya əsasən, təsirə məruz qalan işçilərin həftəlik iş saatları 38-40 saatdan 35 saata endiriləcək. Bu, maaşlarda təxminən 12,5%-lik azalma ilə nəticələnəcək. İlk dəyişikliklər Bosch şirkətinin Almaniyanın Gerlingen şəhərindəki baş ofisində tətbiq ediləcək. Daha sonra bu addımlar şirkətin Şvabiş-Qmünd və Şviberdingen şəhərlərindəki müəssisələrində də həyata keçiriləcək.
Bundan əlavə, Bosch dünya miqyasında 5,500 iş yerini ləğv etməyi planlaşdırır ki, bunun 3,800-ü Almaniyada olacaq.
Avtomobil sənayesinin qarşılaşdığı çətinliklər və təchizat zəncirindəki problemlər şirkətin bu addımları atmasına səbəb olub.