EN

Dünya savaşı qapıda: bu ölkənin gizli fəaliyyəti üzə çıxdı - ŞOK PEYK GÖRÜNTÜLƏRİ

Üçüncü Dünya müharibəsinin daha çox müzakirə olunduğu bir vaxtda Çinin 9 milyard dollarlıq gizli döyüş gəmisi Sakit Okeanda kosmosdan görüntülənib.

Turkustan.az xəbər verir ki, Yaxın Şərqdə artan gərginlik, Rusiya-Ukrayna müharibəsi və Asiya ölkələri arasındakı xaos tez-tez dünya müharibəsinin baş vermə ehtimalının gündəmə gəlməsinə səbəb olub.

Narahatlıqlar artdıqca, Çinin 9 milyard dollarlıq gizli döyüş gəmisi peyk görüntülərinə düşüb. Ölkənin ilk operativ təyyarədaşıyan gəmisi olan “CNS Liaoning” Bohai dənizində dəniz sınaqları apararkən NASA-nın “Landsat 8” peyki tərəfindən görüntülənib.

Peyk görüntülərində “Liaoning” döyüş gəmisinin tərsanədə digər təyyarədaşıyıcılar arasında lövbər saldığı, ayrı şəkildə isə üzdüyü görülüb.

Döyüş gəmisini müşahidə edən ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmiləri onun göyərtəsinin təxminən 200 metr uzunluğunda və 40 metr enində olduğunu müəyyən ediblər.

Görüntülər ABŞ prezidenti Co Baydenin Ukraynaya Çinin müttəfiqi Rusiyaya zərbə endirmək üçün Amerika raketlərindən istifadə etməsinə icazə verməsindən bir neçə gün sonra çəkilib. Bu, böyük qlobal müharibənin başlaya biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.

Çin ordusunun donanmasında 370-dən çox döyüş gəmisi və sualtı qayıq var. Dünyanın ən böyük dəniz gücünə malik olan Çin ABŞ-ın təyyarə gəmisi texnologiyasına yetişmək üçün donanmasını sürətlə artırmağa çalışır.

“CNS Liaoning” keçən il Yaponiya yaxınlığında uçuş əməliyyatları həyata keçirib. Bundan əlavə, sentyabrın 20-dən oktyabrın 1-dək “CNS Liaoning” Filippinin şərqində və Quamın qərbindəki sularda daşıyıcı əsaslı döyüş təyyarələri və helikopterlərlə uçuşlar həyata keçirib.

ABŞ Hərbi Dəniz Qüvvələri Çinin əməliyyatlarını yaxından izləyir. ABŞ Çinə qarşı Luzonun şimal-qərbində öz hərbi gəmi donanmasını yerləşdirib. Bu addımın Çinin Yaponiyaya hücuma hazırlaşdığına dair narahatlıqlarla əlaqəli olduğu bildirilir./publika.az

Chosen
10
3
turkustan.az

5Sources