EN

Gübrə və azot birləşmələrinin istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında ölkənin kimya sənayesi istehsalı sahəsində 531,7 min ton gübrə və azot birləşmələri istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 52,7 faiz və ya 183,6 min ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin sentyabr ayı ilə müqayisədə oktyabrda istehsal həcmində 7,9 faiz və ya 4,3 min ton artım qeydə alınıb. Oktyabr ayında 58,8 min ton gübrə və azot birləşmələri istehsal olunub.

Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 65,5 min ton təşkil edib.

Chosen
15
vergiler.az

1Sources