EN

Çin III Dünya Müharibəsinə hazırlaşır? – 9 milyardlıq gizli döyüş gəmisinin peyk görüntüləri yayıldı

Son vaxtlar Yaxın Şərqdə şiddətlənən qarşıdurma, Rusiya-Ukrayna müharibəsi və Asiya ölkələri arasındakı xaos mümkün III Dünya Müharibəsi riskini yenidən gündəmə gətirib.

“AzPolitika”xəbər verir ki, belər bir həssas dönəmdə Çinin Sakit Okeandakı 9 milyard dollarlıq gizli döyüş gəmisinin peyk görüntüləri ortaya çıxıb. Belə ki, ölkənin ilk operativ təyyarədaşıyan gəmisi olan “CNS Liaoning”, Bohai dənizində dəniz sınaqları apararkən NASA-nın “Landsat 8” peyki tərəfindən görüntülənib.

“Daily Mail”-in məlumatına görə döyüş gəmisini müşahidə edən ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmiləri onun göyərtəsinin təxminən 200 metr uzunluğunda və 40 metr enində olduğunu müəyyən ediblər. Görüntülər ABŞ Prezidenti Co Baydenin Ukraynaya Çinin müttəfiqi Rusiyaya zərbə endirmək üçün Amerika raketlərindən istifadə etməsinə icazə verməsindən bir neçə gün sonra çəkilib və bu, böyük qlobal müharibənin başlaya biləcəyi ilə bağlı narahatlıqları gücləndirib. Bu addımın Çinin Yaponiyaya hücuma hazırlaşdığına dair narahatlıqlarla əlaqəli olduğu bildirilir.

Qeyd olunub ki, Çin ordusunun donanmasında 370-dən çox döyüş gəmisi və sualtı qayıq var. 

Bildirilir ki, “CNS Liaoning” gəmisindən keçən il 20-yə yaxın döyüş təyyarəsi, təxminən 40 helikopter havaya qalxıb və ya eniş edib. Sentyabrın 20-dən oktyabrın 1-dək “CNS Liaoning” Filippinin şərqində və Quamın qərbindəki sularda daşıyıcı əsaslı döyüş təyyarələri və helikopterlərlə uçuş əməliyyatları həyata keçirib.

“AzPolitika.info”

Chosen
10
3
azpolitika.info

5Sources