“Rusiya hərbçiləri bazar ertəsi səhər Xarkova hücum edib”.
KONKRET.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
O, teleqramında yazıb: “Hücum nəticəsində mərkəzi küçələrdən birində yanğın baş verib. Mülki infrastruktura və nəqliyyat vasitələrinə ziyan dəyib.
Sinequbovun sözlərinə görə, ümumilikdə 5 nəfər xəstəxanaya yerləşdirilib, 10 nəfərə həkimlər yardım edib.
“Biz şəhərin mərkəzi hissəsində, sıx yaşayış məskənlərinin yerləşdiyi ərazidəyik. Hücum çoxmərtəbəli binalarla əhatə olunmuş həyətlərdə baş verib. Yardımçı tikililər və avtomobillər yanıb”, – Xarkov meri İqor Terekov Telegram kanalında yazıb.
Rusiya hərbçiləri Xarkova yeni hücumu şərh etməyiblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az