EN

“Bayden bizi nüvə müharibəsinə sürükləyəcək” – Skot Ritter

“Prezident Co Bayden bizi 20 Yanvar 2025-ci ilə qədər nüvə müharibəsinə sürükləyəcək”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ ordusundan xidmət etmiş keçmiş kəşfiyatçı Skott Ritter “X” hesabından etdiyi paylaşımda bildirib.

O, Baydeni Ukraynadakı münaqişəni gücləndirmək və ABŞ-ni Rusiya ilə nüvə müharibəsinə sövq etməkdə ittiham edib.

“Kamala Harris bizi bir il ərzində Rusiya ilə nüvə müharibəsinə sürükləyəcəkdi. Co isə bunu 2025-ci il yanvarın 20-dən əvvəl edəcək”, - deyə Ritter bildirib.

O, vurğulayıb ki, Amerika xalqı noyabrın 5-də keçirilən prezident seçkiləri zamanı müharibədən qaçmaq arzusunu açıq şəkildə ifadə etsə də, hazırkı administrasiya ictimaiyyətin iradəsinə məhəl qoymayaraq, Ukraynada münaqişəni gərginləşdirməkdə davam edir.

“AzPolitika.info”

Chosen
13
1
azpolitika.info

2Sources