Adanada avtobus xəndəyə düşüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adananın Feke rayonunda güclü qar və çovğun nəticəsində xəndəyə düşən mikroavtobusda sıxışan 12 mədən işçisi saatlar sonra xilas edilib.
4 saat davam edən xilasetmə işlərindən sonra işçilər ən yaxın kəndə ilkin yardımlar üçün aparılıblar.
Onların vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
