Rusiyanın “Azimut” aviaşirkətinə məxsus “Superjet 100” təyyarəsi alovlandıqdan sonra Antalya Beynəlxalq Hava Limanı uçuşları bərpa edib.
Editor.az xəbər verir ki, bu barədə hava limanının onlayn tablosundakı məlumatlarda deyilir. Hadisədən sonra hava limanında enişlər saat 03:00-a qədər ləğv edilib. Hava limanından uçuşlar hərbi uçuş zolağından həyata keçirilib.
Qeyd edək ki, noyabrın 24-ü axşam saatlarında Türkiyə hava limanına eniş edən Superjet 100 təyyarəsi yanıb. Təyyarə Soçidən Antalyaya uçurdu. Təyyarə çətin hava şəraitində eniş edib. Yanğın yerə endikdən dərhal sonra başlayıb. Hadisə şahidləri eniş zamanı güclü zərbə hiss etdiklərini və daha sonra təyyarədən yanacağın töküldüyünü görüblər. Türkiyə hava limanının sözçüsü bildirib ki, təyyarənin mühərriki yanıb. Federal Hava Nəqliyyatı Agentliyi bəyan edib ki, Rusiya təyyarəsinin Türkiyənin Antalya hava limanına eniş edərkən alovlanmasının səbəbini araşdırırlar.
//Gülnarə Abasova, Editor.az