EN

Bu uşaqların təhsili üçün 41 milyon manat ayrılacaq - Samir Şərifov

"Sosial-iqtisadi inkişaf, Qarabağın qurulması, qarabağlıları öz yurdlarına qaytarılması Azərbaycan Respublikasının 2030-cu ilə qədərki vəzifələri sırasındadır". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Böyük Qayıdışa dair dövlət büdcəsindən 9.7 faiz vəsait ayrılması nəzərdə tutulub.

Həmçinin nəzərə çatdırıb ki, şəhid övladları, valideynlərini itirmiş uşaqların təhsili üçün dövlət büdcəsindən 41 milyon manat ayrılacaq.

S.Şərifov onu da qeyd edib ki, gələn ildən başlayaraq ölkəmizdə tibb müəssiələrində əcnəbilər tərəfindən ödənilmiş ƏDV ölkəni tərk etdikləri zaman tam şəkildə vergi güzəşti şəklində qaytarılacaq.

Mina Mikayılova

Chosen
13
bakivaxti.az

1Sources