EN

Rus səfir Ermənistana xəbərdarlıq etdi: Rusiyaya alternativ yoxdur!

Rusiya həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərinə sadiq qalır.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin müsahibəsində bildirib.

"Biz bundan çıxış edirik ki, Rusiya-Ermənistan müttəfiqlərinin qarşılıqlı fəaliyyətinə real alternativ yoxdur, o cümlədən KTMT çərçivəsində Rusiya Ermənistanın təhlükəsizliyini tam şəkildə təmin etmək üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir", Kopırkin vurğulayıb.

O, həmçinin qeyd edib ki, Moskva Avrasiya qitəsində bərabər və bölünməz təhlükəsizlik sisteminin yaradılmasında erməni tərəfdaşlarının fəal iştirakını gözləyir.

Bu təşəbbüs iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb və bu yaxınlarda Kazanda keçirilən BRİKS sammiti zamanı təsdiqlənib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə ölkənin KTMT üzvlüyünü dondurduğunu bəyan etmişdi. Bu ilin sentyabrında Paşinyan da KTMT-ni Ermənistan üçün "təhlükəsizliyə təhdid" adlandırıb və qurumla münasibətlərdə geri dönüş nöqtəsinin keçdiyini bəyan edib.

Nərmin
Milli.Az

Chosen
11
milli.az

1Sources