EN

Məğlubiyyətə görə futbolçuları evə buraxmadı

İtaliyanın "Verona" klubunun baş məşqçisi Paolo Zanetti A Seriyasının XIII turunda evdə "İnter"ə 0:5 hesablı məğlubiyyətə görə futbolçuları evə buraxmayıb.

Bakıvaxtı.az xəbər verir ki, qolları ilk hissədə buraxan kollektiv qeyri-müəyyən müddətə klubun bazasında saxlanılıb.

Mütəxəssis bu barədə "Verona"nın mətbuat xidmətinə açıqlamasında bildirib. O, məqbul oyun səviyyəsinə çatana qədər komandanı bazada saxlayacağını söyləyib.

Qeyd edək ki, "Verona" A Seriyasının turnir cədvəlində 12 xalla 14-cü yerdə qərarlaşıb. 28 xala malik "İnter" isə ikincidir.

Chosen
16
bakivaxti.az

1Sources