EN

“Qarabağ” Premyer Liqa tarixinin rekordunu təkrarladı

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, Ağdam klubu bunun sayəsində ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarısından çoxunda 3 və ya daha çox top fərqilə qalib gəlib.

Buna qədər 4 dəfə iştirakçılardan biri ilk 13 turda 7 oyunda rəqiblərini ağır məğlubiyyətə uğradıb. Buna nail olan ilk kollektiv Sumqayıt “Xəzər”idir. Komanda 1992-ci ildə belə uğur qazanıb. “Kəpəz” 1994/1995, “Neftçi” isə iki dəfə – 1996/1997 və 2000/2001 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib.

“Qarabağ” son 24 ildə buna nail olan ilk komandadır.

Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə “Araz-Naxçıvan”ı 4:1, “Kəpəz”i 3:0 və 5:0, “Neftçi”ni 4:0, “Şamaxı”nı 3:0, “Zirə”ni 4:0, “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Chosen
17
36
arena.az

10Sources