EN

İsrail Livanın “Hizbullah” hərəkatı ilə atəşkəs sazişi imzalayıb

İsrail Livanın “Hizbullah” hərəkatı ilə atəşkəs sazişi imzalayıb və indi baş nazir Benyamin Netanyahu bunu ictimaiyyətə necə təqdim etmək üzərində işləyir. Bu barədə “Kan” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, məqsəd atəşkəsi “kompromis” kimi deyil, İsrail üçün faydalı kimi təqdim etməkdir.

Telekanalın qeyd etdiyi kimi, bu məsələ Benyamin Netanyahu tərəfindən bir neçə yüksək rütbəli nazir və təhlükəsizlik rəsmiləri ilə görüşdə müzakirə olunub.

Razılaşmaya əsasən, İsrail Livan-Suriya sərhədində hərbi əməliyyatlar keçirmək hüququnu özündə saxlayacaq.

Bundan əlavə, Vaşinqton İsrailə “Hizbullah”ın razılaşmanı pozacağı təqdirdə hərəkətə keçə biləcəyinə dair zəmanət verib.

“Hizbullah” lideri Naim Kassem keçən həftə bildirib ki, hərəkat atəşkəs təklifini nəzərdən keçirib və cavab təqdim edib. İndi qərar İsrailindir.

Bir müddət əvvəl ABŞ prezidentinin müşaviri Amos Hoxstein İsrail rəsmilərinə bunun müqaviləni irəli sürmək üçün son şans olduğunu və onlar bunu qəbul etməsələr, səylərindən əl çəkəcəyini bildirmişdi. Belə olan halda İsrail və Hizbullah yanvarda seçilmiş prezident Donald Trampın vəzifəyə başlamasını gözləməli olacaqlar.

Almaz Həsənli

Chosen
14
50
oxumeni.az

10Sources