Astronomlar 3 milyon il yaşı olan "TIDYE-1b" adlı gənc planet kəşf ediblər.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, astronomlar kainatın dərinliklərində nadir bir kəşf ediblər.
TIDYE-1b 4,5 milyard illik Yer kürəsindən təxminən 500 dəfə daha gəncdir.
Şimali Karolina Universitetinin (UNC-Chapel Hill) aspirantı və tədqiqatın aparıcı müəllifi Madyson Barber deyib:
"Astronomiya kainatdakı yerimizi, haradan gəldiyimizi və hara gedəcəyimizi anlamağa kömək edir. TIDYE-1b kimi planetlərin kəşfi bizə planetlərin əmələ gəlməsinə zamanda geriyə səyahət etməyə imkan verir”.