CÉ™nubi Koreyanın Apellyasiya MÉ™hkÉ™mÉ™sindÉ™ prokurorlar “Samsung Electronics” korporasiyasının prezidenti Li Ce Yonu törÉ™mÉ™ ÅŸirkÉ™tlÉ™rin birləşmÉ™si zamanı sÉ™hmlÉ™rlÉ™ manipulyasiya vÉ™ dÉ™lÉ™duzluqda ittiham edÉ™rÉ™k cÉ™zalandırılmasını tÉ™lÉ™b edirlÉ™r.
Bu barədə Sfera.az "Reuters"ə istinadən xəbər verir.
Cənubi Koreya prokurorluğu törəmə şirkətlərin mübahisəli birləşməsi ilə bağlı işə apellyasiya qaydasında baxılması çərçivəsində Li Ce Yonun beş il müddətinə həbsini tələb edib. İttiham tərəfinin fikrincə, bu birləşmə Li Yonun korporasiya üzərində nəzarəti gücləndirməsinə kömək edib.
Fevralda Seul Mərkəzi Rayon Məhkəməsi Li Ce Yona mühasibat hesabatları ilə bağlı dələduzluq və səhmlərlə manipulyasiya ittihamlarından bəraət versə də, prokurorluq apellyasiya şikayəti verib.
Prokurorlar bəraət hökmünə yenidən baxılmasında təkid edərək Linin hərəkətlərinin səhmdarlara ziyan vurduğunu və korporativ şəffaflıq qanunlarını pozduğunu bildirirlər.
Qeyd edÉ™k ki, Li Ce Yon daha É™vvÉ™l dÉ™ korrupsiya ilÉ™ baÄŸlı sÉ™s-küylü mÉ™hkÉ™mÉ™ proseslÉ™rinÉ™ cÉ™lb olunub, lakin 2022-ci ildÉ™ prezident tÉ™rÉ™findÉ™n É™fv olunması ona “Samsung”a rÉ™hbÉ™rliyi davam etdirmÉ™yÉ™ imkan verib.