EN

""Qərbi Azərbaycan" paylaşımı Fransa səfirinin Paşinyana şilləsidir" - Şarmazanov

Artıq  bütün dünyaya məlumdur ki, Azərbaycanın tarixi bölgələri olan İrəvan, Göyçə, Vedi, Zəngəzur, Dərələyəz mahalları Qərbi Azərbaycan adı ilə tanınan və erməni faşizmi tərəfindən Qərbi Azərbaycandan 1988-89-cu illərdə deportasiya olunmuş azərbaycanlılar yenidən doğma yurdlarlarına dönmək əzmini ifadə ediblər.

 Deməli, ermənilərdən daha erməni olan Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin xəritəsini yayıb. Dekottini xəritəni “Tək və yeganə” adı ilə paylaşıb.

 Fransanın səfirinin bu hərəkəti bir mənalı qarşılanmayıb. Səfir guya Azərbaycandakı “Qərbi Azərbaycan” termininə qarşı çıxıb. Yəni Qərbi Azərbaycan – yalnız İrandadır.

 Adalet.az xəbər verir ki, Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov öz Facebook səhifəsində olay haqqında paylaşım edib. O,yazıb ki, Fransa səfirinin notası ilk növbədə Paşinyana şillə idi:
“Fransanın Ermənistanakı səfiri Olivye Dekotininin İranın əyalətlərindən biri olan “yeganə Qərbi Azərbaycan”la bağlı postu böyük əks-səda doğurdu. Çoxları bunu Azərbaycana ünvanlanmış çıxış hesab edirdi. Amma yox...

Nikol Paşinyanın noyabrın 22-də verdiyi müsahibədə Qərbi Ermənistan və “Qərbi Azərbaycan” anlayışlarının eyniləşdirilməsi ilə bağlı absurd açıqlamasını nəzərə alsaq, həmin notanın ünvanının Paşinyanın özü olduğunu güman etmək olar.

Fransa açıq şəkildə Paşinyanın cəfəngiyyatına əks-hücum edir. O, bunu öz səfiri vasitəsilə edir.

Xatırladım ki, düz 4 il əvvəl Fransa parlamenti "artsax"ın müstəqilliyini tanıdı. Paşinyan bu qərarı alqışladı, lakin "artsax"ı Azərbaycana verdi.

İndi də Qərbi Ermənistan bunu inkar edir...Müstəqillik Bəyannaməsi də inkar edilib”.

 Əntiqə Rəşid

 

 

Chosen
34
adalet.az

1Sources