EN

Məşhur reperdən modelə qarşı zorakılıq: Məhkəməyə verildi

ABŞ-da yayımlanan “Amerikanın Top Modeli" müsabiqəsinin iştirakçılarından biri olan Cenn An məşhur reper Kanye Vesti məhkəməyə verib.

Publika.az xəbər verir ki, Cenn An 2010-cu ildə klip çəkilişi zamanı reperin ona fiziki təzyiq göstərdiyini iddia edib.

Bildirilir ki, Kanye Vest "In for the Kill" mahnısının klipinin çəkilişi zamanı bir səhnə üçün Cen Anın boğazından tutub onu boğmağa başlayıb.

Nəfəsi kəsilən model qısa müddət ərzində huşunu itirdiyini və çəkiliş qrupundakı işçilərin ona kömək etmədiyini iddia edib. Model reper və onun istehsal şirkəti “Universal Music”dən zehni, emosional, fiziki zədə, ağrı və reputasiyaya dəyən ziyana görə kompensasiya tələb edir.

Chosen
11
publika.az

1Sources