"Atletiko"nun baş məşqçisi Dieqo Simeone komanda ilə 700-cü oyununu keçirib.
QOL.az xəbər verir ki, bu, La Liqanın 14-cü turunda "Alavez"lə görüşə təsadüf edib. Madrid təmsilçisi həmin matçda 2:1 hesabı ilə qalib gəlib.
Simeone isə həm "Atletiko" ilə 700 oyun göstəricisinə çatmağı, həm də klubdakı gələcəyi ilə bağlı danışıb. Mütəxəssis deyib:
“Bu 700 oyuna görə “Atletiko”ya təşəkkür edirəm. Uzun illər əvvəl dediyim kimi, bu klubun gələcəyi var. Beləliklə... Gəlin birlikdə daha çox şeyə nail olaq!
İnsanlar həmişə məndən soruşurlar ki, qalacaqsanmı? Bəli, mən qalacağam. Və bilirsiniz niyə qalacağam? Çünki bu klubun gələcəyi hamımızındır”.
54 yaşlı Simeone La Liqa tarixində 700 rəsmi oyun keçirən ilk baş məşqçi olub. “Atletiko” bu 700 oyunda 413 dəfə qalib gəlib, 156 dəfə heç-heçə edib və 131 dəfə məğlub olub.
Simeone 2011-ci ilin dekabrından "Atletiko"nu çalışdırır.