EN

Kiyevdə əhaliyə çağırış: Çölə çıxmayın – Səbəb Rusiya hücumu deyil

Kiyev hökuməti hava şəraitinin pisləşməsi ilə əlaqədar sakinlərə küçəyə çıxmamağı tövsiyə edi.

Bu barədə GVA Telegram kanalında bildirilib.

Bildirilir ki, Kiyevdə hava şəraiti kəskin pisləşib.

“Paytaxtın iki rayonunda asılı hissəciklərin (toz) artan konsentrasiyası qeydə alınıb”, – Kiyev Şəhər Hərbi İdarəsi təfərrüatları paylaşıb.

Səlahiyyətlilər həmçinin vətəndaşlara müraciət edərək lazımsız yerə çölə çıxmamağa, pəncərələri bağlamağa və bol su içməyə çağırıb.

Havanın vəziyyətinin pisləşməsinin səbəbləri açıqlanmır.

Əvvəllər Kiyevdə hava şəraitinin pisləşməsi sentyabrın sonunda qeydə alınıb.

Chosen
10
1
moderator.az

2Sources