EN

3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...

Şimali Karolina Universitetinin amerikalı astronomları Yerdən təxminən 520 işıq ili uzaqlıqda yerləşən qeyri-adi gənc ekzoplanet kəşf ediblər. Onun özəlliyi sürətli formalaşmasıdır ki, bu da cəmi 3 milyon il çəkib. Müqayisə üçün qeyd edək ki, Yerin qaz və tozdan planetə çevrilməsi 10-20 milyon il davam edib.

Qaynarinfo xəbər verir ki, araşdırma "Nature" elmi jurnalında dərc olunub.

Müşahidələr göstərir ki, yeni planet narıncı cırtdanın ətrafında fırlanır. Onun kütləsi Günəşimizin kütləsindən 30% az, parlaqlığı isə az qala yarısı qədərdirə

Kəşf edilən planetə IRAS 04125+2902 b adı verilib. O, Yerdən 11 dəfə böyükdür və kütləsi Yer və Neptun kütlələri arasındadır. Astronomlar qeyd ediblər ki, IRAS 04125 planetimizlə müqayisədə daha az sıxlığa malikdir. Obyektin kimyəvi tərkibi hələ də məlum deyil.

Tədqiqatçıların fikrincə, IRAS 04125-in protoplanetar diskdən əmələ gəlmə sürətinin yüksək olması planetin öz ulduzundan uzaqda formalaşması və daha sonra ulduza yaxınlaşaraq miqrasiya etməsi ilə bağlı ola bilər.

Ulduzların yaxınlığında dünyaların yaradılması prosesləri protoplanetar diskin materialının - qaz və toz halqasının tədricən planetə çevrilməsi səbəbindən mürəkkəbləşir.

Alimlər əlavə ediblər ki, IRAS 04125-in kəşfi gənc planeti müşahidə etmək imkanı yaradır. Əvvəllər belə planetlərin kəşfi qeyri-mümkün hesab olunurdu.

Aydın

Chosen
2
1
qaynarinfo.az

2Sources