EN

Mərkəzi Bank sədri AÇIQLADI: "Artım müşahidə olunur" 

 Bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Taleh Kazımov bildirib ki, bir ildən yuxarı milli valyutada əməliyyatların payı 56 %-ə artıb: "Bu islahatlar bank sektorunda olan inama müsbət təsir edib. Son illər ərzində xarici valyutada əmanətlərin payı azalıb. 2024-cü ilin oktyabrında bu göstərici 34 % olub. Digər tərəfdən, cari ildə ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 56 milyard manata çatıb".


Chosen
11
8
referans.az

10Sources