EN

"Kəlbəcər rayonunun sakinləri qayıdışın iştirakçılarıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikası silahlı qüvvələrinin Ali Baş Komandanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının dəstəyi və Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində düşmən kapitulyasiya aktına qol çəkdi, nəticədə Kəlbəcər rayonu bu gün dörd il bundan əvvəl işğaldan azad edilmişdi". Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, bu nailiyyətə nail olmaq birinci növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti və döyüşlərin mərkəzdən idarə etməsinin sərkərdə məharətinin göstəricisidir: "Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində atəşsiz və itkisiz Kəlbəcər rayonunun azad edilməsi çox böyük strateji əhəmiyyətə malikdir. Əgər hal-hazırda olan hava şəraiti nəzərə alınsa, Kəlbəcər rayonu dağlıq, meşəlik ərazi kimi xüsusi şəraitli ərazi olaraq Azərbaycan ordusunu nə qədər ağır döyüşlərin gözləyəcəyini düşünmək olar. Hər bir döyüş, hər bir addım itkisiz olmur, Kəlbəcər rayonunun da ərazi baxımından və gözlənilən döyüşlərin nəticəsində ola biləcək itkilər haqqında düşünəndə hər şeydən qiymətli olan Azərbaycan ordusunun Prezidentin apardığı siyasət nəticəsində Kəlbəcər rayonunun itkisiz azad edilməsi xüsusi qeyd olunur.

Kəlbəcər rayonu ərazi baxımından Ermənistanla ən böyük quru sərhədi olan rayondur. Sərhədlər dağlıq ərazidən keçir. Hal-hazırda Azərbaycan ordusunun bölmələri sərhəddə öz xidmətini çətin hava şəraitinə baxmayaraq Azərbaycanın ərazi bütövlüyünün Kəlbəcər rayonuna aid olan hissəsində aparırlar. Azərbaycan dövləti Kəlbəcər rayonunda infrastrukturun bərpa edilməsində aktiv işlər aparır. Baxmayaraq ki, düşmən vandalizm aktı keçirərək Kəlbəcər rayonunun bütün yaşayış məntəqələrini darmadağın edib. Hətta Ermənistan tərəfi 10 gün əlavə zaman istədi və 10 günün nəticəsində də Kəlbəcər rayonunun bəzi hissələri minalandı, həm də ağaclar belə kəsildi, evlər yandırıldı. Bunlar Ermənistan vəhşiliyinə yeni səhifə kimi yazıldı.

Azərbaycan ordusunun bölmələri ərazi bütövlüyünü hansı şəraitdə olursa-olsun qorumağa qadirdir. Baxmayaraq ki, düşmən ara-sıra o istiqamətdə atəşkəsi pozur, təxribatlara əl atır. İki il bundan əvvəl sentyabr ayında aparılan təxribatlar nəticəsində Azərbaycan ordusu bir daha dəmir yumruğunun gücünü göstərdi. Vətən müharibəsində qələbə qazanandan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan silahlı qüvvələrinin inkişafı ilə bağlı bilavasitə məşğul olaraq Azərbaycan ordusunun qısa zamanda güclənən sırasında yerini bərpa etdi. Özü dediyi kimi Azərbaycan ordusu nə lazımdır, onunla da təmin ediləcək. Bunun nəticəsini bu gün inkişaf edən Ali Baş Komandanın tapşırığını yerinə yetirən ordunun inkişafında görə bilərik".

"Azərbaycan ordusu özünəməxsus statistik qurumların verdiyi qiymətə və nəticəyə görə yenə də güclülər sırasında yer alaraq öz inkişafını davam edir. Bu gün Azərbaycan ordusunun Kəlbəcər rayonunda apardığı hərbi infrastrukturun yaradılması da diqqəti cəlb edir. Aparılan işlər bu gün ağır hava şəraitində olan Kəlbəcərdə şəxsi heyətin xidməti üçün inkişafı görə bilərik.

Vaxt var idi ki, Azərbaycanda rayonların işğalı günü çox böyük kədərlə qeyd olunurdu. Artıq Azərbaycanın azad etdiyi torpaqların dördüncü il dönümünü, məhz Kəlbəcər şəhəri gününü qeyd etmək çox qürurvericidir. Kəlbəcər camaatının işğaldan azad edilmiş torpaqlara qayıtması prosesi başlayıb. Çox ağır qaçqın statusuna aid ada artıq son qoyularaq "Böyük Qayıdış" ın şahidi oluruq. Kəlbəcər rayonunun sakinləri qayıdışın iştirakçılarıdır. Azərbaycanın gözəl guşəsi olan Kəlbəcər şəhəri günü münasibətilə hamımıza xoş arzularımı bildirirəm" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
8
1
sia.az

2Sources