EN

Türkiyədə güclü qar səbəbindən dərslər dayandırılıb

Türkiyənin bir sıra əyalətlərində güclü qar yağması ilə əlaqədar noyabrın 25-də tədris prosesinin bir gün müddətinə dayandırılmasına qərar verilib. Məlumatı “Anadolu” verib. 

Güclü qar yağması və nəqliyyatda yarana biləcək problemlər səbəbindən Bolu, Kayseri, Niğde, Nevşehir, Ordu, Gümüşhane, Bayburt, Sivas, Tokat, Yozqat, Hatay, Elazığ və digər şəhərlərdə tədris dayandırılıb. Bu rayonlarda əlil işçilərə, hamilə qadınlara və xroniki xəstəlikləri olan işçilərə də inzibati məzuniyyət verilir.

Bir sıra rayonlarda kənd və ucqar yerlərdə yerləşən məktəblərdə dərslər ləğv edilib. Trabzonda güclü qar yağması səbəbindən yüksəklikdə yerləşən ərazilərdə və kənd məktəblərində təhsil dayandırılıb.

Yerli hakimiyyət sakinləri yollarda diqqətli olmağa və pisləşən hava şəraitindən xəbərdar olmağa çağırır.

P.ƏMİRCANOV
XQ

 

Chosen
15
xalqqazeti.az

1Sources