Polşa prezidenti Anjey Duda bu gün Ermənistana səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Polşa prezidentinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, səfər zamanı Duda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla təkbətək görüş keçirəcək.
Qeyd olunub ki, Polşa prezidenti bundan əlavə Ermənistanın baş naziri Nikol Paşinyan və Milli Assambleyanın sədri Alen Simonyanla da görüşəcək.
Daşqın HəsənovMissiya.Az