EN

Həbs qorxusu: Sabiq nazir ABŞ-a qaçır?

İsrailin sabiq müdafiə naziri Yoav Qalant gələn həftə Ağ Ev və Dövlət Departamentinin nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirmək üçün Vaşinqtona getməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə məlumatı “Ynet” saytı yayıb.

Bu, Qallantın Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin onun və İsrailin baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmasından sonra xaricə ilk səfəri olacaq.

Ekspertlərin fikrincə, onun ABŞ-a səfəri də məhz bu faktla bağlıdır, çünki hərbi məmur həbs oluna biləcəyindən ehtiyat edir. Bəzi mənbələrə görə, o, ABŞ hakimiyyətini məsələ ilə bağlı təzyiq göstərməyə razı salmaq niyyətindədir.

Chosen
4
1
publika.az

2Sources