Lənkəranın Liman şəhəri ərazisində, köhnə Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, iki avtomobilin toqquşduğu qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılardan biri, Masallı rayonunun Çayqırağı kənd sakini, 1983-cü il təvəllüdlü Bəhruz Cəfərov, digəri isə həmkəndlisi, 1955-ci il təvəllüdlü Vəsilə Hüseynovadır.
Üçüncü zərərçəkən isə Lənkəranın Qumbaşı kəndindən olan 1992-ci il təvəllüdlü Hikmət Bəşirovdur. Hər üç şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onların müalicəsi davam etdirilir. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu