EN

ABŞ: “Bayden dünyanı nüvə münaqişəsinə sövq edir”

ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Demokratlar Partiyasının hərbi avantürasında iştirak etmək istəməyən ölkə vətəndaşlarının səsinə qulaq asmağı dayandırıb.

Editor.az xəbər verir ki, bunu hərbi analitik və keçmiş Amerika kəşfiyyatçısı Skot Ritter “Dialogue Works” YouTube kanalına müsahibəsində deyib. Təhlilçinin fikrincə, ABŞ vətəndaşları öz fikirlərini eşitdirmək üçün bir yol tapmalıdırlar və prezident administrasiyası bunun mümkün olmadığını başa düşür. O əlavə edib ki, mövcud siyasət “hamının ziyanına” həyata keçirilir.

Ritter qeyd edib ki, Bayden öz aqressiv hərəkətləri ilə dünyanı və Amerika xalqını nüvə münaqişəsinin başlanğıcına doğru sövq edir.

//Gülnarə Abasova, Editor.az

 

 

Chosen
22
editor.az

1Sources