EN

Yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölən və yaralananlar var

Vilnüsdə yük təyyarəsi ikimərtəbəli yaşayış binasının üzərinə düşüb, yerli Delfi portalı xəbər verir. Təyyarədə dörd nəfər, iki pilot və iki sərnişin olub. Onlardan iki nəfərinin yaralandığı və xəstəxanaya yerləşdirildiyi, bir nəfərin isə öldüyü bildirilir.

lkin məlumatlara görə, təyyarə DHL şirkətinə məxsusdur. Fövqəladə hadisə yerli vaxtla saat 5:31-də baş verib. Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Qəza yerinə yaxın yolun bir hissəsi bağlanıb.

Litvanın LRT telekanalı xəbər verir ki, təyyarə Leypsiqdən uçurdu və Vilnüs hava limanı yaxınlığında qəzaya uğrayıb. Bunun hava limanının fəaliyyətinə təsir etmədiyi iddia edilir. Təyyarədə hansı yükün olduğu məlum deyil.

Oxuməni.az

Chosen
11
oxumeni.az

1Sources