EN

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayon prokurorluğu və rayon polisidarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilənistintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 31 il əvvəl,1993-cü il fevralın 14-də sahibkarlıq fəaliyyəti ilə məşğul olan1956-cı il təvəllüdlü Babayev Əli-İskəndər Hacıbala oğlunun idarəetdiyi avtomobilin içində odlu silahdan açılmış atəşlə qəsdənöldürülməsi cinayətinin üstünün açılması təmin olunub.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu vəDaxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Toplanmış sübutlarla 1973-cü il təvəllüdlü, AzərbaycanRespublikasının vətəndaşı Qililov Aydın Şauloviçin həmin gün saat22 radələrində əvvəllər tanıdığı Əli-İskəndər Babayevlə Bakışəhəri, Nizami rayonu, Şərifli küçəsi 84 nömrəli binanın qarşısındagörüşüb, sonuncuya məxsus “Qaz-24” markalı avtomaşının salonundasöhbət edərkən şəxsi münasibətlər zəminində aralarında yaranmışmübahisə zamanı qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi odlusilah olan “Naqan” tipli tapançadan 2 dəfə atəş açaraq Əli-İskəndərBabayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Qililov 22 noyabr 2024-cü il tarixdə AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüşsursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilətəqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdənəzərdə tutulan ittihamlar elan edilib.

Ötən illərdə qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalanşəxsiyyət əleyhinə cinayətlərin açılması, törədilmiş cinayətə görəcinayət məsuliyyətinin və cəzanın labüdlüyü prinsipinin təminolunması istiqamətində prokurorluq və digər hüquq-mühafizəorqanları tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.

Chosen
25
49
az.trend.az

10Sources