Son zamanlar çəki itirməsi ilə gündəmə gələn məşhur türkiyəli müğənni Demet Akalın "ölümdən qayıtdığını" ifadə edib. Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Ötən aylarda 6 kilo yağ aldırıb, 10 kilo arıqladığını açıqlayan məşhur müğənni yeni paylaşımı ilə diqqət çəkib."İllərdin idmanla məşğul olan Ebru Şallıda bu qədər əzələ yoxdur. Halal olsun. İki ayda bu qədər əzələ, ey pul sən nələrə qadirsən" rəyini yazan izləyiciyə Demet Akalın təəccübə səbəb olan cavab verib."Ürək bulanmasından iki həftə yemək yeyə bilmədim. Arıqlama iynəsi vurdurdum, sakit ol, ölümdən qayıtdım. Bir daha tövbə", - ifaçı cavabında deyib.
Zərintac MayisqızıMissiya.Az