Portuqaliya kubokunun 4-cü turunda keçirilən "Morierens" - "Portu" matçından sonra xoşagəlməz hadisələr yaşanıb.
QOL.az xəbər verir ki, "Portu" bu görüşdə 1:2 hesabı ilə uduzub və ölkə kuboku ilə vidalaşıb.
Komanda həmçinin Portuqaliya çempionatında da uğursuzluğa düçar olub. "Əjdahalar" lider "Sportinq"dən 6 xal geri qalaraq turnir cədvəlində 2-ci yeri tuturlar.
Bu gedişat "Portu" azarkeşlərinin narazılığına səbəb olub. Komandanın Premyer Liqada "Sportinq"dən geri qalmasından sonra ölkə kuboku ilə də vidalaşması fanatları daha da hiddətləndirib.
"Portu" "Morierens" səfərindən doğma stadionuna - "Draqao" arenasına qayıdarkən onları azarkeşlər qarşılayıb. Fanatlar "Portu"nun avtobusuna hücum çəkiblər. Onlar avtobusa məşəllər atıblar.
Bu vaxt təhlükəsizlik əməkdaşları azarkeşləri dayandırmağa çalışıblar. Həmin anların videogörüntüsünü təqdim edirik: