EN

Gələn il neftin qiyməti elə həddə qalxacaq ki...

2025-ci ildə "Brent" markalı neftin bir barelinin qiyməti orta hesabla 76 dollar olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Goldman Sachs" analitikləri bildirib.

Onların fikrincə, bazar gələn il qlobal miqyasda neftin bolluğuna şahidlik edəcək. Hədəf qiyməti (76 dollar/barel) ABŞ və Çin tərəfindən strateji neft ehtiyatlarının müəyyən qədər artırılmasını nəzərdə tutur ki, bu da ehtimal olunan profisiti kompensasiya etməyə kömək edəcək.

"Goldman Sachs" 2025-ci ildə təklifin Amerika qitəsindəki güclü təklif artımı ilə gündə 400.000 barel tələbi üstələyəcəyini gözləyir. OPIS-in məlumatına görə, ABŞ-a tədarükün artımı sutkada 640 min barel, Kanadada - 220 min barel, Braziliyada - 130 min barel, Qayanada isə 80 min barel/gün səviyyəsində qiymətləndirilir.

Ekspertlər birinci rübdə "Brent" markalı neftin orta qiymətini 75 dollar/barel, ikincidə 77 dollar/barel, üçüncüdə 76 dollar, dördüncü rübdə isə 74 dollar/barel səviyyəsində gözləyirlər. "WTI" markalı neftin "Brent"dən 4 dollar aşağı ticarət ediləcəyi gözlənilir.

Analitiklər 2026-cı ildə əlavə tədarük həcmini orta hesabla sutkada 1,3 milyon barel səviyyəsində proqnozlaşdırırlar.

Chosen
5
3
publika.az

4Sources