İçərisində 30-dan çox turistin olduğu yaxta Misirin Marsa Alam şəhərinin şimalında, Şaab Sataye bölgəsində batıb.
Herbiand.az xarici mÉ™nbÉ™lÉ™rÉ™ istinadÉ™n xÉ™bÉ™r vereir ki, gÉ™midÉ™ 31 turist vÉ™ 14 ekipaj üzvü olub.Â
Dəniz gəzintisi çoxgünlük dalğıc turunun bir hissəsi olaraq Marsa Alamdakı Porto Qalibdən Hurqadaya nəzərdə tutulubmuş.
Xilasetmə əməliyyatına vertolyot və dəniz qüvvələrinin cəlb olunub. Gəminin sərnişinlərindən bəziləri sağ tapılıb. Həmin yerlərdə Qırmızı dənizin sularının köpək balığının çox olması axtarışı çətinləşdirir.
Batan Sea Story yaxtası 2022-ci ildə tikilib, 43,8 m uzunluğunda olub və 32 sərnişini daşıya bilir.