EN

Tramp orduda xidmət edən 15 min transgenderlə bağlı fərman imzalayacaq

ABŞ Silahlı Qüvvələrində xidmət edən bütün transgenderlər xidmətdən qovula bilərlər. Ölkənin yeni seçilmiş prezidenti Donald Tramp müvafiq fərmanı verməyi planlaşdırır.

 

Bu barədə "The Times" qəzeti Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilir ki, Tramp 15 min nəfəri əhatə edəcək fərmanı vəzifəyə başladığı ilk gün imzalaya bilər. Onların tibbi səbəblərə görə xidmətə yararsız kimi tərxis olunması planlaşdırılır. 

Xatırladaq ki, mart ayının sonunda Trampın qərargahı ABŞ-ın hazırkı Prezidenti Co Baydendən transgenderlər gününü təsis etdiyinə görə üzr istəməsini tələb etmişdi.

Chosen
17
1
senzor.az

2Sources