Azərbaycanda tibb müəssisələrində qeydiyyatda olan əqli və fiziki cəhətdən qüsurlu uşaqların sayı artıb.
Bizim.Media Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə tibb müəssisələrində qeydiyyatda olan 18,913 uşaq görmə qabiliyyəti qismən məhdud, 6009-u əqli gerilik, 5528-i skolioz, 5047-si nitq pozuntusu ilə qeydə alınıb.
Qeyd edək ki, qeydə alınan qüsurlar daha çox 11-17 yaşlı uşaqları əhatə edib. Bu statistika üzrə 2022-ci ilə nisbətən artım müşahidə olunur.
Belə ki, 2022-ci ildə tibb müəssisələrində qeydiyyatda olan əqli və fiziki cəhətdən qüsurlu uşaqların 16800-ü görmə qabiliyyəti qismən məhdud, 5275-i əqli gerilik, 4812-i skolioz, 4417-i isə nitq pozuntusu ilə qeydə alınıb.
Nuray, Bizim.Media