EN

SOSİALİZM OLMAYANDA YARIŞ OLMUR?!

Ağcabədi rayonunda bu günədək 26 min ton pambıq tədarük olunub. Havalar imkan versə ağcabədililər bu rəqəmi 40 min tona çatdırmaq fikrindədirlər. Hələ əl dəyməmiş 5 min hektar tarla durur, bu da təxminən 15-20 min ton pambıq deməkdir. 

Bir vaxtlar rayonlar arasında pambıq və üzüm tədarükündə yarış gedirdi. Hər gün qəzetlərdə rəsmi cədvəl  çap olunurdu ki, hansı rayon nə qədər  pambıq və ya üzüm tədarük edib. 

İndi deyəsən, bununla maraqlanan yoxdur. Ən azı «Xalq» qəzetində belə cədvəlləri  dərc etmək olar. Və xalq da  ölkəmizdə hansı rayonun nə qədər pambıq və ya üzüm, eləcə də taxıl tədarük etmələrini öyrənə bilərlər. 

Chosen
19
adalet.az

1Sources