EN

Universitet müəlliminə cinayət işi açıldı

İranın Əhvaz Universitetinin müəllimi və coğrafiya üzrə fəlsəfə doktoru Mürtəza Nemətiyə qarşı cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, “yalan məlumatlar yaymaq” və “hökumətə qarşı təbliğat”da günahlandırılıb.

Qeyd edək ki, Mürtəza Neməti 2022-ci ilin sentyabr ayında müəllim və tələbələrə qrşı repressiyalara etiraz edərək istefa vermişdi.

Chosen
24
1
axar.az

2Sources