EN

Gəncləri həvəskar zəfər musiqilərinin ümidinə qoymaq olmaz - Zahid Oruc

Əhalini həvəskar zəfər mahnılarının ümidinə qoyanda xarici musiqilərə və filmlərə maraq tələbatı artıracaq. Bunu deputat Zahid Oruc deyib. 
 
"Böyük qayıdışın hər fəslini götürüb əsərə çevirmək olar. Gəncləri həvəskar zəfər mahnılarının ümidinə qoymaq olmaz. Bu xarici musiqilərə və filmlərə marağı daha da artıracaq. Türkiyə haqlı olaraq, imperiya keçmişini dirçəldir, "Diriliş Ərtoğrul”u, "Möhtəşəm Yüz il”i, "Paytaxt Əbdülhəmid”i, "Fateh-1453”-ü çəkir. Bizim də dirilişimiz, möhtəşəmliyimiz, Şuşa qələbə paytaxtımız, fatehimiz əbədiləşməlidir. Qorxulu kütləvi qırğın silahları, "F35”-lər deyil, mədəni irsi məhv edən təbliğatdır, NoWarçı-lar, anarxistlər, nihilistlərdir, sosial layihələr adı altında Rotary-lər, Salam Sinemalar, iştirak evləri, ideaLablar-dır", - deputat noyabrın 25-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 
 
2025-ci il dövlət büdcəsindən mədəniyyət sahəsinə 234 milyon manat vəsait ayrılıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Chosen
11
anews.az

1Sources