EN

Komitə sədri quru sərhədlərindən danışdı: "Əgər açsaq..."

Quru sərhədlərinin açılması 100 minlərlə şəxsin Azərbaycana axını ilə nəticələnə bilər.

Modern.az xəbvər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsi Zahid Oruc plenar iclasda çıxışı zamanı deyib.

"Xəzərin üzərindən 100 km-lərlə məsafədə hədəflər vurulursa, ənənəvi ticarət tərəfdaşları bloklara cəlb olunursa, ölkəmizin hərbi-siyasi neytrallığını qoruyub saxlaması asan olmayacaq. Vətəndaşlarımız bilir ki, sanksiyalardan yan keçməklə ölkəmizin beynəlxalq əlaqalərinin müntəzəm çalışması liderimizin siyasi məharətinin nəticəsidir. Lakin prezidentin bir çıxışında deyilir ki, biz seçim məcburiyyətində qala bilərik.

Əhalimizlə açıq danışmalıyıq ki,  sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - o qeyd edib.

Chosen
4
6
modern.az

10Sources