EN

Elektrikli avtomobil texnologiyasında İNQİLAB: 5 dəqiqəlik şarjla...

Elektrikli avtomobil (elektromobil) texnologiyasında inqilab edəcək yeni bir dəyişiklik açıqlanıb. Məlumata görə, dünyanın ilk tam silikon anod batareyasının istehsalına 2027-ci ildə başlanacaq və bu akkumulyator avtomobilə cəmi 5 dəqiqəlik şarjla 300 kilometr məsafə qət etməyə imkan verəcək. 


Sfera.az xəbər verir ki, 2024-cü il Paris avtosalonunda təqdim edilən innovativ akkumulyator keramika batareyası istehsalçısı “ProLogium” tərəfindən hazırlanıb.

 

Şirkətin açıqlamasına görə, yeni batareya həm çəki, həm də həcm baxımından mövcud litium-ion (Li-ion) və litium dəmir fosfat (LFP) batareyaları ilə müqayisədə çox daha yüksək enerji sıxlığı təmin edir. 


Batareyanın yüksək enerji sıxlığı istehsalçılara daha kiçik paketlərlə daha çox güc yaratmağa imkan verir. Bu yolla, hibrid elektrikli vasitələrdə akkumulyator üçün ayrılan yer azaldıla bilər və ya mövcud akkumulyator ölçüsü ilə çox daha uzun məsafələr qət etmək mümkün olacaq. 


Şirkət yeni akkumulyatoru Almaniyada yerləşən avtomobil mühəndisliyi provayderi “FEV Group” ilə birgə istehsal edəcək. “ProLogium”un bu texnologiyası elektrikli nəqliyyat vasitələrində davamlı hərəkətlilik üçün yeni bir dövr aça bilər. Yeni nəsil akkumulyatorların kütləvi istehsalına 2027-ci ildə başlanacağı gözlənilir.


Vasif

Chosen
43
sfera.az

1Sources