EN

“Ağdaşda qaz xəttinin bir neçə addımlığında olan məktəblər niyə odunla isidilməlidir?!” – Deputat

“Ağdaşda 8 yaşayış məntəqəsi qazlaşdırılmayıb. Bu kəndlərdən birinə qazın çəkilişinə başlanılsa da, iş yarımçıq qalıb”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. 

O, həmin kəndlərdə yaşayanların odun ehtiyacının güzəştli şərtlərlə qarşılanması təklifini hökumət nümayəndələrinin diqqətinə çatdırıb: 

“Ağdaş ərazisində 18 tam orta məktəb, bir neçə uşaq bağçası odunla isidilir. Məktəblər qaz xəttinin bir neçə addımında yerləşdiyi halda niyə odunla isidilməlidir?!”. 

Bundan başqa deputat Ağdaşda 23 uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğunu, 7-sinin isə qəzalı vəziyyətdə olduğunu qeyd edib: 

“Rayonun 41 kəndində su çatışmazlığı, içməli su problemi mövcuddur”.

Günay Şahmar, Bizim.Media

Chosen
21
bizim.media

1Sources