EN

Qarabağ Peşə Hazırlığı Mərkəzində bu il 600 nəfər peşə hazırlığına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən 2024-cü ilin ötən dövrü ərzində ümumilikdə 600 nəfər peşə hazırlığı kurslarına cəlb olunub.

Qaziler.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
 
Onlardan 272 nəfəri işğaldan azad olunmuş ərazilərin sakinləridir. 

Kurslar kompüter operatoru, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, tikiş avadanlıqlarının operatoru, tikişçi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, genişprofilli dəzgahçı, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və digər peşələri əhatə edir. 

Hazırda Mərkəzdə 110 nəfərin peşə tədrisi davam edir. Kursu uğurla bitirən şəxslərin işlə təminatına da dəstək göstərilir. 

Chosen
12
12
qaziler.az

10Sources