Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı zəifləyib. Günəşin səthində ləkələrin sayı artıb.
Həftənin ilk günlərində Yerə istiqamətlənmiş tac kütlə atılmaları (TKA) qeydə alınıb.
Noyabrın 25-dən dekabrın 1-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faizdir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə sürətlənmiş Günəş küləyinin geri dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin sakit və qeyri-sabit səviyyələrdə olacağı proqnozlaşdırılır.