EN

Ölkənin strateji valyuta ehtiyatları 73 mlrd. dollar təşkil edir

"Xüsusi olaraq vurğulamaq istərdik ki, qlobal iqtisadiyyatdakı geosiyasi amillərdən doğan qeyri-müəyyənliklər fonunda növbəti ilin dövlət büdcəsi bir sıra makroiqtisadi göstəricilərlə dəstəklənir. Belə ki, ölkənin strateji valyuta ehtiyatları 73 mlrd. dollar təşkil edir ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-in (124,4 mlrd. manat və ya 73,2 mlrd. dollar) həcminə bərabər olmaqla 5.3 mlrd. dollar təşkil edən birbaşa xarici dövlət borcumuzu təxminən 14 dəfə üstələyir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov səsləndirib. O bildirib ki, ötən illərdə olduğu kimi 2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaqdır:

"Sosial yönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 mlrd. manata çatması və dövlət büdcəsi xərclərinin 41%-ni təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. Büdcə zərfinə daxil olan sosial paketin təhlili göstərir ki, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsi sahəsində dövlət siyasəti, onlara dövlətin diqqət və qayğısı növbəti ildə də davam etdiriləcəkdir. Eyni zamanda, çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək. Gələn il minimum əməkhaqqının və minimim pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə, sosial paket 3 milyon insanı əhatə edəcəkdir".

Süleyman
Chosen
24
newscenter.az

1Sources