Cənubi Koreyada hərbi xidmətdən yayınmaq üçün bir il ərzində həddindən artıq kökəlmiş şəxs həbs cəzasına məhkum edilib.
"Cebheinfo.az" xəbər verir ki, Cənubi Koreya xəbər saytlarında yer alan məlumata görə, hərbi xidmətdən yayınmaq üçün son bir ildə həddindən artıq kökəlmiş və nəticədə obez olmuş şəxsə hərbi xidmət əvəzinə bir il şərti həbs cəzası verilib.
26 yaşlı müttəhim üçün xüsusi pəhriz hazırlayan dostu 6 ay şərti həbs cəzası alıb. Məhkəmə çəkisinə görə hərbi xidmət keçə bilməyən şəxsin qeyri-döyüş rolunda xidmət etməsinə qərar verib.
Qeyd edək ki, Cənubi Koreyada kişilərdən məcburi hərbi xidmət çərçivəsində ən azı 18 ay xidmət etmələri tələb olunur.