"Yuventus" klubunun sabiq yarımmüdafiəçisi Alessandro Del Pyero İtaliya Futbol Federasiyasının prezidenti olmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.
İtaliya futbolunun 50 yaşlı əfsanəsi fevralın 3-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək imkanını dəyərləndirir. Namizədlərin adları dekabrın 25-dək rəsmiləşəcək.
Qeyd edək ki, Del Pyero İtaliya yığmasında meydana çıxdığı 91 oyunda 27 qol vurub. O, 1993-cü ildən 2012-ci ilə qədər "Yuventus"un formasını geyinib.
"Cebheinfo.az"