EN

"İnternetin qiyməti ilə sürəti üst-üstə düşmür" - Millət vəkili

"İnternet surətilə bağlı qiymət artımı müşahidə edildi. Ancaq biz görürük ki, qiymətlə surət üst-üstə düşmür, əksinə sürət daha zəifdir".

Redaktor.az xəbər verir ki, bunu milli məclisin deputatı Naqif Həmzəyev bugünkü plenar iclasda çıxışı zamanı söyləyib.

"Bundan başqa regionlarda, xüsusən də Gəncədə idman zalları tikilməsini istərdik. Məktəbəqədər təhsilə cəlb olunan uşaqlara qida dövlət tərəfindən verilsin. Həmçinin tələbə yataqxanalarına diqqət ayrılsın. Məsələn, öz yurdlarına qayıdan məcburi köçkünlərin mənzilləri yataqxana kimi istifadəyə verilsin", - Naqif Həmzəyev əlavə edib.

Türkan

Chosen
45
8
redaktor.az

10Sources