Ukrayna qüvvələri bir gün əvvəl rus qoşunlarının soxulduğu Xarkov vilayətinin Kopanki kəndini təmizləyib.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, əməliyyat zamanı bir qrup rus əsgəri əsir götürülüb.
Videolentə alınan dindirilmə zamanı həmin əsgərlərin keçmiş məhbuslar olduğu və Rusiyanın 1-ci Tank Ordusunun tərkibində döyüşdükləri məlum olub. Xəbərdə deyilir ki, Xarkovun Kopanki qəsəbəsi hazırda Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altındadır.
“AzPolitika.info”