Vətəndaşlar internet üçün ödədiyi məbləğə görə kefiyyətli xidmət ala bilməməsindən narazıdırlar. Bunu deputat Naqif Həmzəyev deyib.
"İnternetin sürəti və qiyməti qalxıb. Vətəndaşları
narahat edən ödənilən məbləğlə xidmət arasında fərq var. Provayderlərin texniki
imkanların artırılmasına ehtiyac var", - deputat noyabrın 25-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat həmçinin regionalarda idman müəssisələrinin sayının artırılmasını təklif edib.
Naqif Həmzəyev çıxışında Gəncədə növbəti il üçün ən azı bir bağça və məktəb tikilməsini də təklif edib.
Gülnar Nazimqızı
www.anews.az