EN

Qlobal qarşıdurmalar dövrü: İranla Azərbaycanın belə təlimlər keçirməsi müsbət haldır

İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.
Daha sonra "Araz - 2024" birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, İkinci Qarabağ savaşı başlayandan bəri Azərbaycan-İran münasibətlərində gərginliklər yaranıb:

"Azərbaycan və İran arasında "Araz - 2024" kimi taktiki təlimlər tez-tez təkrarlanmasa da, rəsmi Bakı və Tehran hərbi sahədə əməkdaşlıq üçün addımlar atır. Lakin bu təlim müttəfiqliq kimi qəbul edilməməlidir. İkinci Qarabağ savaşından da əlavə biz 2 dövlətin münasibətlərinə tarixi prizmadan dəyərləndirsək, Azərbaycan və İranın əsasən zidd maraqlara sahib olduğunu görərik. Hesab edirəm ki, bu da 2 dövlətin müttəfiq münasibətləri qurmasına ciddi maneə yaradır. Lakin dünyanın siyasi vəziyyətinə nəzər saldıq da, xüsusilə bir sıra dövlətin qlobal müstəvidə qarşıdurma yaşadığı bir dövrdə belə təlimlərin keçirilməsi müsbət haldır".

Yusif Sultanoğlu
Chosen
23
sherg.az

1Sources